EN

İndoneziyada daşqınlar və torpaq sürüşmələri can almaqda davam edir

İndoneziyanın Sumatra adasında baş verən sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayının 20-yə yüksəldiyi bildirilib. 

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İndoneziya Milli Fəlakət Mərkəzinin rəsmisi Əbdül Muhari Şimali Sumatra bölgəsində leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələri ilə bağlı açıqlama verib.

Muhari bölgədə həyatını itirənlərin sayının 20-yə çatdığını, itkin düşən 2 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Həmçinin rəsmilər bildiriblər ki, ötən gün baş verən sürüşmə nəticəsində bir çox rayonlarda evlər və təsərrüfat sahələri dağılıb.

Əli Hüseynov

Chosen
9
bakivaxti.az

1Sources