EN

“Yalançını axıra qədər qovarlar” –Hikmət Hacıyevdən“Politico”ya sərt mesaj

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində “Politico”nu növbəti dəfə sərt tənqid edib.

“Təəssüf edirəm ki, “Politico” Azərbaycandan üzr istəmək və saxta məqaləsini geri götürmək əvəzinə, dezinformasiya yaymaqda, Avropa və dünya ictimaiyyətini çaşdırmaqda davam edir.

Bu arada “Politico”nun məqaləsində “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib” deyə rəsmi məlumatlara istinad edən Azərbaycan mediasına keçid var. Dediyiniz fakt idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu normaldır. Təəssüf edirəm ki, məqalədə svop və idxal arasında fərq qoyulmur.

Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır”, – Avropa Komissiyasının enerji üzrə sözçüsü Tim Makfi bildirib. Aİ nümayəndəsinin bəyanatı tamamilə doğrudur və biz bununla razıyıq.

Ona görə də Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib. Nöqtə!

Politico qaranlıq otaqda qara pişiyin olmadığını bildiyi halda uursuz axtarış aparır. Uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını axıra qədər qovarlar”.

Chosen
11
azpost.info

1Sources