“Böyük Britaniya hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya öz ordusunu göndərmək niyyətində deyil”.
Missiya.Az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Biz La-Manş boğazı boyunca on minlərlə ukraynalı əsgərə təlim keçmişik və bunu davam etdirəcəyik. Amma biz Britaniya əsgərlərini Ukraynaya göndərməyəcəyik. Bizim mövqeyimiz həmişə bu barədə çox aydın olub”, - deyə siyasətçi bildirib.
O, qeyd edib ki, London Kiyevə həm əsgərləri öyrətməklə, həm də hərbi yardım göstərməklə dəstəyini davam etdirəcək və ehtiyac olduğu müddətcə bunu edəcək.
Daşqın HəsənovMissiya.Az