EN

Paytaxtda qanunsuz tikintinin qarşısı alınıb

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı ŞəhərMemarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayonu,Abbasqulu ağa Bakıxanov küçəsi, 38/56 ünvanında yerləşən 6mərtəbəli yaşayış binasında (“Körpə” MTK-ya məxsus) aparılanqanunsuz tikinti faktının qarşısı alınıb.

Trend xəbərverir ki, bu barədə Komitə məlumat yayıb.

Bildirilib ki, Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarətiqaydasında həyata keçirdiyi monitorinq nəticəsində sözügedənbinanın 1-ci mərtəbəsində yerləşən mənzildə müvafiq icazəvericisənədlər olmadan 2 ədəd pəncərə boşluğunda qapı oyuğu açılması vəpilləkən marşının quraşdırılması faktı aşkar edilmişdir. 13 noyabr2024-cü il tarixində qanunsuz tikinti işləri dayandırılaraqsökülmüş və müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyətiqurumlara məlumat verilmişdir.

Bununla belə 26 noyabr 2024-cü il tarixində Baş İdarə tərəfindənəraziyə təkrar baxış zamanı yenidən həmin mənzildə qanunsuzquraşdırılma faktı aşkar edilmiş və cəhdin qarşısı alınaraq,söküntüsü təmin edilmişdir.

Chosen
10
19
az.trend.az

10Sources