EN

Putinin “sülh planı” - Ukraynanı üç yerə bölməyi hədəfləyir - XƏRİTƏ

Rusiya prezidenti Vladimir Putinin “sülh planı” 2026-cı ilə qədər Ukraynanı üç yerə bölməyi hədəfləyir.

Turkustan.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Nəşrin Ukrayna kəşfiyyatına istinadən yaydığı Rusiya Müdafiə Nazirliyinin məxfi sənədinə əsasən, Putinin planına Krım daxil olmaqla bütün Şərqi Ukraynanın ilhaqı daxildir.

Kiyev, Sumı və Odessa vilayətləri “Rusiyayönlü dövlət vahidi” təşkil edəcək, Ukraynanın qərb bölgələri isə “mübahisəli ərazilər” kimi müəyyən ediləcək və bu ərazilərlə bağlı qərarlar, ehtimal ki, Macarıstan, Polşa, və Rumıniya ilə danışıqlar nəticəsində veriləcək.

Maraqlıdır ki, Polşanın Ukraynaya qarşı müəyyən ərazi ambisiyaları var. Putin bundan öz gündəmini irəli aparmaq üçün istifadə edə bilər. Macarıstan da öz növbəsində güclü Rusiyayönümlü siyasəti ilə tanınır.

Seçkilərin ilk turunda lider olan Qeorgesku Rusiya prezidentinin “pərəstişkarı” və Moskva ilə münasibətləri gücləndirməyə çalışan bir fiqur kimi qələmə verilən Rumıniyada prezident seçilə bilər./modern.az/

Chosen
6
1
turkustan.az

2Sources