EN

Lavrov Ukraynanın terrorçularla əməkdaşlığını açıqlayıb

Ukrayna hakimiyyəti Rusiyaya qarşı müharibə üçün muzdluların daşınmasına kömək edən beynəlxalq terror qrupları ilə sıx əməkdaşlıq edir.

 

Oxu24.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Onun sözlərinə görə, Kiyev Rusiyaya qarşı mübarizədən əlavə, Afrika və Suriyada qanuni hökumətlərlə mübarizədə terrorçulara kömək edir.

 

Bundan əvvəl Mali xarici işlər naziri Abdoulaye Diop RİA Novosti ilə söhbətində Ukraynanın Afrika ölkəsində terrorçuları dəstəkləməkdə iştirakına heç bir şübhə olmadığını bildirib.

 

O qeyd edib ki, Kiyev özü Malinin şimalındakı terror qruplaşmalarını Ukrayna kəşfiyyatçısı, sonra isə Dakardakı ukraynalı diplomat vasitəsilə dəstəkləmək məsuliyyətini öz üzərinə götürüb. Diop həmçinin bəyan edib ki, terrorçular Ukrayna və Bamakonun bir sıra keçmiş tərəfdaşlarının dəstəyi ilə Mali, Niger və Burkina Fasoda rejimi dəyişmək istəyirlər.

 

Oktyabr ayında Fransanın "Monde" qəzeti mənbələrə istinadən yazıb ki, Ukrayna kəşfiyyatı 2024-cü ilin əvvəlindən Malidəki silahlı separatçı qrupların CSP-DPA alyansının terrorçuları ilə əlaqələrini gücləndirib. Nəşrin məlumatına görə, Kiyev terrorçuları hazırlayır.

 

Nigar

 

Chosen
12
oxu24.com

1Sources