EN

Rusiyadan ​Ukraynaya nüvə silahı verilməsi təklifinə reaksiya

Ukraynaya nüvə silahı verilməsi təklifi məsuliyyətsiz davranışdır. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, bu təklif ekstremizmi ehtiva edir. Peskovun sözlərinə görə, bu cür bəyanatlar verənlər məsuliyyət hiss etmir. Peskov belə təkliflərin adı açıqlanmayan şəxslər tərəfindən edildiyinə diqqət çəkib. ABŞ-də hakimiyyətdən gedən administrasiyanın gərginliyi artırmağa davam etdiyini deyən Peskov, bunun narahatlıq doğurduğunu bildirib.

Qeyd edək ki, "The New York Times" qəzeti bəzi ABŞ və Avropa ölkərinin rəsmilərinin Ukraynaya nüvə silahı verməyi təklif etdiyi barədə xəbərlər dərc edib.

Chosen
15
metbuat.az

1Sources