Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.
Viral.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.
“Ötən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, – deyə o qeyd edib.
Son Yazılar:
- “G7” ölkələri ABŞ-dən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq EDƏCƏK
- İranda baş verən zəlzələ Ordubadda hiss EDİLDİ
- Saxta xəbərlərə daha çox inanan BÜRCLƏR
Onun sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.