EN

Günün ULDUZ FALI

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - emosionallıq və hisslərə qapılmaq işlərinizə zərər vura bilər. Belə davranışın fəsadları yetərincə arzuolunmazdır. Emosiyalarınıza nəzarət etməsəniz, işlərinizdə çətinliklər yaranacaq, planlaşdırılan görüş baş tutmayacaq, yaxınlarınız narazı qalacaqlar.

Günün ikinci yarısında mənasız və yersiz risk etməyin. Məsuliyyətli olsanız, bir çox problemlərdən qurtula bilərsiniz.

Ailə üzvlərinin fiziki və emosional rahatlığa ehtiyacları var. Onlarla təmaslarda diqqətli olun. Təmaslara müsbət təkan verin. Həddən artıq inadkar olmayın.

Buğa - tərəfdaş, müttəfiq, şərik və ya yaxın ətrafınızdakı insanlarla bağlı yenilikləri öyrənməyə hazır olun. Belə bilik sizə çox pis təsir edə bilər. Amma situasiya ilə bağlı dürüst nəticə çıxarmağa imkan verəcək.

Tələsik, emosional qərarlar verməyin. Kredit götürmək və ya borc almaq üçün yaxşı zaman deyil.

Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyaya can atın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var gücünüzlə işləyin. Unutmayın ki, uğurlar yalnız sizdən asılıdır.

Problemlərin həllində şəxsən işiirak edin. Sakit ab-hava yaxşı səhhət və əhvalın rəhnidir.

Əkizlər - gün ərzində yaxşı əhvalda olmağa çalışın. Bəzi problemləri unutmağa dəyər. İşdə və evdəki çətinliklərə sinə gərin. Ağır situasiyadan çıxış yolu arayın. Köhnə borcun xatırlanması belə, sizi təbdən çıxarmamalıdır.

Hesabları ödəməyi unutmayın.

Günün ikinci yarısında ailə və məişət qayğılarının çözülməsində yaxınlarınız sizə yardım edəcəklər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Normal dincəlin.

Xərçəng - peşəkar fəaliyyət müstəvisində ciddi uğura nail olmaq üçün əla şansınız var. Yeni işə başlamaq və ya çalışdığınız məkanda irəliləyişi reallaşdırmaq olar.

Günün ikinci yarısında rəhbərlkilə görüşmək, işləri planlaşdırmaq olar. Alış-veriş üçün münasib zaman deyil. Aldığınız əşya və ya məhsullardan yararlana bilməyəcəksiniz.

Təvazökar olun. Sevdiyiniz insana qarşı laqeyd olmayın. Yaxınlarınızın istək və niyyətlərini qulaqardına vurmayın.

Şir - illüziyalara qapılmayın. Niyyətinizi vizuallaşdırın və bu minvalla məqsədə doğru daha bir addım atın. Danışıqlar və müzakirələr üçün ideal gündür. Alış-verişə yollana bilərsiniz. Lakin bədxərclik etməyin. Məsrəfləriniz büdcənizin çərçivələrindən kənara çıxmamalıdır.

Günün ikinci yarısında rəğbət bəslədiyiniz insanla bir araya gələcəksiniz. Hisslərinizi etiraf edə bilərsiniz.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Qız - yaşam situasiyaları sizi darıxmağa qoymayacaq. Daim nələrsə baş verir və bu hadisələrin bəziləri xoşagələn deyil. Məntiqli olun, mənasız və yersiz şübhələrə qapılmayın. Belədə uğura nail ola bilərsiniz.

Günün ikinci yarısında gəlirləriniz artacaq. Fəqət heç bir halda borc götürməyin.

Axşam saatlarında evdə qalaraq məişət qayğıları ilə məşğul olsanız belə, emosiyalarınız az olmayacaq. Kitab və ya telefon danışığı emosiyalarınızı səhmana sala bilər.

Köhnə dostla görüş və ya yaxınlardan biri ilə söhbət mənfi hisslərin, qıcıq və nevrozun dərmanıdır.

Tərəzi - ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Yaxın ətrafınızdakı insanların qayğılarından hali olsanız, tərəfdaş və şəriklərlə mehriban davransanız, çox işlər görə bilərsiniz. Mövqeyinizi opponentinizə normal şəkildə çatdırmağa can atın. Qeyri-adekvat insanlardan uzaq olun.

Chosen
6
3
publika.az

4Sources