EN

İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib

İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib.

“Far.Az” xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“Hərbi-siyasi kabinet bu axşam ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqləyib. Qərarı 10 nazir dəstəkləyib, biri əleyhinə çıxıb. İsrail bu prosesə verdiyi töhfəyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir və hər hansı təhlükəyə qarşı tədbir görmək hüququnu özündə saxlayır”,-ofisin açıqlamasında deyilir.

Livanın Baş naziri Nəcib Mikati Livan-İsrail sərhədində sabitliyi qaytaracaq əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edib. O, bu barədə ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında bildirib.

“Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin yayılması istiqamətində atılan bu mühüm addımı bəyənirəm. Bu, köçkünlərin öz şəhərlərinə və evlərinə qayıtmasını asanlaşdıracaq”, - Baş nazir vurğulayıb. Onun sözlərinə görə, müqavilənin həyata keçirilməsi regional sabitliyin yaradılmasına kömək edəcək.

ABŞ Prezidenti Cozef Bayden də tərəflər arasında əldə olunan razılaşma ilə bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin Baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul ediblər", - deyə Bayden bildirib.

Chosen
11
6
far.az

10Sources