EN

BƏƏ-də III Qlobal Qadın Forumu işinə start verib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən CumeyradaIII Qlobal Qadın Forumunun rəsmi açılış mərasimi keçirilib.

Trend-in BƏƏ-ninWAM xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iki gündavam edəcək tədbir dünyadan təxminən 6000 iştirakçını bir arayagətirib.

Forumun açılış mərasimində bir sıra yüksək səviyyəli qonaqlar, ocümlədən Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Pakistanınbirinci xanımı Asifa Bhutto Zardari, Filippinin birinci xanımı LizaAraneta Markos, eləcə də nazirlər, hökumət nümayəndələri vəbeynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimiŞeyx Məhəmməd bin Raşid Al Məktum, Dubay hakiminin birinci müavinivə Nazirlər Şurası sədrinin müavini Şeyx Məktum bin Məhəmməd binRaşid Al Məktum da iştirak edib.

Forum çərçivəsində 60-dan çox panel müzakirəsi keçiriləcək. Busessiyalarda qadınların müxtəlif sahələrdə, xüsusilə liderlik vətəşəbbüskarlıq mövzularında rolunun artırılması və inkişafperspektivləri müzakirə ediləcək.

Chosen
34
az.trend.az

1Sources