EN

Qvardiola özünə xəsarət yetirdi - VİDEO

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola özünə xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Feyenoord” qarşılaşmasından sonra onun üzündə və başındakı cırmaq izləri diqqət çəkib. 

Zədələrlə bağlı jurnalistin “Yaralarınız var. Nə olub?” sualına Qvardiola gülərək belə cavab verib:

“Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm”.

Xatırladaq ki, 6 qolun vurulduğu görüşdə 3-3 hesablı heç-heçə qeydə alınıb.

Onu da bildirək ki, bu qarşılaşmayadək “Mançester Siti” bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.

"Cebheinfo.az"

Chosen
2
22
cebheinfo.az

10Sources