EN

Keşmiş baş nazir prezident seçiləcək?

Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili böyük ehtimalla qarşıdan gələn seçkilərdən sonra dövlət başçısı postunu saxlaya bilməyəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri rusiyalı beynəlxalq politoloq Enes Karaxanov deyib.

"Zurabişvilinin müxalifətin dəstəyinə baxmayaraq, təkrar seçilmək şansı demək olar ki, yoxdur. Onun hakim partiyanı açıq tənqid etməsi və fikir ayrılığı Seçicilər Kollegiyası tərəfindən yenidən dəstəklənmək imkanını faktiki olaraq istisna edir”.

Politoloqun sözlərinə görə, prezidentliyə əsas namizəd hakim “Gürcü arzusu” partiyasının təsisçisi, keçmiş baş nazir İrakli Qaribaşvilidir. Çox güman ki, o, partiya üçün konsensus fiquruna çevriləcək. Ekspert hesab edir ki, Konstantin Qamsaxurdiya (Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu - red.) kimi mümkün alternativlər müzakirə olunur, lakin onların namizədliyinin irəli sürülməsi ehtimalı azdır.

O, həmçinin vurğulayıb ki, seçkinin nəticələri gözlənilməz olmayacaq, çünki prezidenti əksəriyyəti “Gürcü Arzusu”nun təmsilçiləri olan Seçkilər Kollegiyası müəyyən edəcək.

Gülayə Mecid

Chosen
4
unikal.az

1Sources