EN

Azərbaycanın növbəti beynəlxalq uğuru ŞƏRH

Beynəlxalq aləmdə xüsusi yeri və çəkisi olan, dünyada yüksək etmad qazanmış, qlobal problemlərin həll edildiyi məkana çevrilən Azərbaycan daha bir mötəbər, əhəmiyyətli tədbirə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəldən bu mötəbər tədbir işini uğurla başa çatdırdı və bu mühüm hadisə Azərbaycanın növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.

Prezident İlham Əliyev əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu uzaqgörən və müdrik siyasəti zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. COP29-un Azərbaycanda keçirilməsi məhz bu düzgün yürüdülən siyasətin nəticəsidir. Bu qərar ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığıfəal rolun dəyərləndirilməsidir.

Azərbaycan birinci dəfə deyil ki, bu cür qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir.Ölkəmizin belə tədbirləri keçirmək üzrə böyük təcrübəsi var. “Avroviziya” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlərölkəmizdə uğurla keçirilib. Təbii ki, COP29-un Azərbaycanda keçirilməsinə qərar veriləndə ölkəmizə olan hörmət, etimadla yanaşı bu amil də əsas rol oynayıb. Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə sürətli keçidi, iqlim dəyişmələri ilə mübarizə sahəsində atdığı addımlar, bu istiqamətdə irəli sürdüyü təşəbbüslər bu qərarın qəbuluna əhəmiyyətli dərəcədə təsir edib.

Tədbir noyabrın 11-də başladıvə ən yüksək səviyyədə keçirildi. 200-ə yaxın ölkədən Azərbaycana gələn xarici qonaqlar, 12 gün ərzində ölkəmizin gözəlliyinə, xalqımızın mehribançılığına , qonaqpərvərliyə və nümunəvi təşkilatçılığaşahidlik etdilər.

Media mənsublarının fəaliyyətləri üçün hər cür lazımi şərait yaradılmışdır. Bu da tədbirdə aparılan müzakirələrin, alınan qərarların, bütün dünyada geniş işıqlandırılmasına şərait yaradırdı. Bütün bunlar həm də COP29 timsalında ölkəmizin ən gözəl tanıtımı idi desək yanılmarıq.

COP29olduqca əhəmiyyətli qərarların qəbul edilməsi ilə yadda qaldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması tədbirdə qəbul olunan ən önəmli qərarlardan biri idi. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.Bu əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir.Bu COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan tarixi uğurdur.

COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi ilə bağlı razılıq əldə olundu. Bu daCOP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi.Qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılmasıCOP29-da əldə olunan əsas nailiyyətlərdəndir. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur.

Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 təşkilatçılıq, iştirak, eyni zamanda əldə olunan nəticələrə görə tarixi tədbir oldu.Ölkəmiz belə beynəlxalq tədbitə ev sahibliyi etməkləbir daha yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Chosen
13
1
sesqazeti.az

2Sources