EN

Hindistanlı milyarder ABŞ-nin ittihamlarına görə 55 milyard dollar itirib

Hindistanın sənaye konqlomeratı "Adani Group" ABŞ-da onun təsisçisi Qautam Adani və top-menecerlərinə qarşı korrupsiya ittihamı irəli sürüldükdən sonra təxminən 55 milyard dollar itirib...

Poliqon xəbər verir ki, bu barədə "Barron" qrupun bəyanatına istinadən məlumat yayıb.

"ABŞ Ədliyyə Departamenti tərəfindən ittiham irəli sürüldükdən sonra qrupa daxil olan 11 şirkətin bazar kapitallaşması təxminən 55 milyard dollar azalıb", deyə hesabatda qeyd edilir.

62 yaşlı Qautam Adani gəlirli dövlət müqavilələri əldə etmək üçün korrupsiya sxemlərində və ümumi məbləği 250 milyon dollar rüşvətdə iştirakda şübhəli bilinir. "Adani Group"u ABŞ-ın ittihamlarını əsassız adlandıraraq, ciddi təkzib edib, lakin bu, keçən həftə Mumbaydakı konqlomeratın səhmlərinin bir çox ticarət dayandırılması ilə kütləvi satışına səbəb olub.

Dünyanın ən zəngin insanlarından biri olan 62 yaşlı Qautam Adani ABŞ-da qiymətli kağızlar üzrə dələduzluq və telekommunikasiya fırıldağı ilə bağlı ittihamlarla üzləşib. Məsələ, "Adani Green Energy Ltd." və başqa bir şirkətin Hindistan hökuməti ilə 12 giqavat günəş enerjisi satmaq barədə imzaladığı müqaviləni əhatə edir. Bu enerji milyonlarla ev və müəssisəni işıqlandırmaq gücündədir.

İttihamlara görə, Adani və onunla birlikdə təqsirləndirilən şəxslər həm Hindistan rəsmilərinə böyük məbləğdə rüşvət ödəməyi planlaşdırıb, həm də "Wall Street"dəki investorları layihəyə milyardlarla dollar yatırmağa təşviq ediblər.

ABŞ Baş prokurorunun müavini Lisa Miller bildirib ki, Adani və həmtəqsirləndirilən şəxslər investorların hesabına korrupsiya və fırıldaq vasitəsilə dövlət müqavilələri əldə etməyə çalışıblar.

Poliqon.info

Chosen
8
poliqon.info

1Sources