EN

“Foreign Affairs”: ABŞ Rusiya ilə İranın “arasını vurmalıdır”

ABŞ Rusiya Federasiyası ilə İran arasında əməkdaşlığa xələl gətirmək üçün fikir ayrılıqlarının dərinləşdirilməsində maraqlıdır. Bu barədə “Foreign Affairs” jurnalı yazır.

“Yaxın münasibətlərə baxmayaraq, İran-Rusiya ittifaqında daxili ziddiyyətlər, qarşılıqlı inamsızlıq və onun gücünü sarsıda biləcək rəqabətli maraqlar var”, deyə nəşr qeyd edir.

Məsələn, hər iki ölkə eyni enerji bazarları uğrunda rəqabət aparan neft hasil edən dövlətlərdir. Siyasi baxımdan Cənubi Qafqazda və Orta Asiyada əsas qüvvənin kim olması barədə mübahisə edirlər. İran və Rusiyanın Yaxın Şərqə yanaşması fərqlidir. İrandan fərqli olaraq, Rusiya və İsrail arasında işgüzar əlaqələr var, xüsusən də Suriyada bir-birinin maraqlarını nəzərə alırlar.

Məqalə müəllifləri yazır ki, ABŞ Tehranla aranı vurmaq üçün Rusiya-İsrail münasibətlərinin möhkəm olması faktını ortaya qoya bilər, həmçinin Rusiyanın İranın islam dünyasındakı əsas rəqibi Səudiyyə Ərəbistanı ilə artan tərəfdaşlığını vurğulaya bilər.

Qeyd olunur ki, Moskva və Tehranın Qərbin hegemonluğunu sarsıtmaqdan başqa heç bir ümumi qlobal məqsədi yoxdur. Hətta ABŞ-da keçirilən prezident seçkilərində Rusiya Trampın qalib gəlməsini, İslam Respublikası isə “əksinə, onu öldürmək istəyirdi”.

Ülviyyə, Hurriyyet.az

Chosen
7
1
hurriyyet.az

2Sources