EN

MİT daha bir PKK liderini zərərsizləşdirdi


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar şəhərində növbəti əməliyyat keçirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının qondarma liderlərindən “Hevi” kod adlı Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirilib.
MİT-in apardığı kəşfiyyat araşdırmaları nəticəsində terrorçunun PKK/KCK-nın Sincardakı kəşfiyyatına rəhbərlik etdiyi müəyyən edilib.
MİT-in hədəf siyahısına daxil edilən Sadiyə Məhəmməd Əhmədin yeri müəyyən edildikdən sonra keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
O, bölgədəki təşkilati strukturlara və hərbi birləşmələrə nəzarət edirdi və Qəndildə hesabat verməkdən məsul idi.
Chosen
15
yeniavaz.com

1Sources