Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar şəhərində növbəti əməliyyat keçirib. Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının qondarma liderlərindən “Hevi” kod adlı Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirilib. MİT-in apardığı kəşfiyyat araşdırmaları nəticəsində terrorçunun PKK/KCK-nın Sincardakı kəşfiyyatına rəhbərlik etdiyi müəyyən edilib. MİT-in hədəf siyahısına daxil edilən Sadiyə Məhəmməd Əhmədin yeri müəyyən edildikdən sonra keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. O, bölgədəki təşkilati strukturlara və hərbi birləşmələrə nəzarət edirdi və Qəndildə hesabat verməkdən məsul idi.