EN

ABŞ səfirliyi: Azərbaycan-NATO əməkdaşlığına töhfə verdiyimizə görə şadıq

ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəsinin Azərbaycan ilə NATO arasında əməkdaşlığa töhfə verməsindən məmnunluğunu ifadə edib.

Busaat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“Tbilisidəki NATO-nun Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovla görüşməkdən məmnunam. 30 ildir davam edən Sülh Naminə Tərəfdaşlıq proqramı vasitəsilə Azərbaycanın NATO ilə əməkdaşlığını dəstəkləməkdən qürur duyuruq”, – səfir Mark Libbi vurğulayıb.

Chosen
1
10
busaat.az

10Sources