Böyük Britaniyada 64 yaşlı musiqiçi beyin əməliyyatı zamanı gitara çalıb.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, 64 yaşlı musiqiçi Kolin Miller əl-barmaqlarının hərəkət qaliliyyətini itirməmək üçün əməlliyyat zamanı saatlarla gitara çalıb. Beləliklə həkimlər xəstənin əl və barmaq hərəkətlərinin pozulmamağına nəzarət edə biliblər.
Millerin əməliyyatı 8 saat çəkib və beynindən tenis topu böyüklüyündə şiş çıxarılıb.
2023-cü ilin oktyabrında qlioblastoma diaqnozu qoyulan Miller, əməliyyatdan sonrakı təcrübələrini paylaşıb: "Əməliyyat zamanı oyaq qalmağı seçdim. Həkimlər sol böyrümü necə istifadə etdiyimi soruşduqda, gitara çaldığımı dedim. Həkimlər məndən gitara çalmağımı istədilər, bildiyim mahnıları ifa edə bilmədim, amma akkordları düzgün çala bildim.