EN

Putin Qazaxıstanla bağlı planlarını açıqladı

Rusiya Qazaxıstanla genişmiqyaslı layihələr həyata keçirmək niyyətindir.

“Cebheinfo.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Astanaya iki günlük səfər öncəsi Qazaxıstan mətbuatı - “Kazakhstanskaya Pravda” qəzetinə açıqlamasında ölkəsinin Qazaxıstanla yeni irimiqyaslı layihələr həyata keçirməyə hazır olduğunu bəyan edib. “”Rosatom” (Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyası) Qazaxıstanda nüvə yanacağının əldə edilməsində və uran sənayesinin inkişafında mühüm rol oynayır. Rusiya dövlət korporasiyası Qazaxıstanla yeni irimiqyaslı layihələrə hazırdır”, - deyə Putin bəyan edib. 

Rusiyanı Qazaxıstanın ən böyük iqtisadi tərəfdaşlarından biri hesab edən Putin bildirib ki, Moskva və Astana neft-qaz sektorunda konstruktiv əməkdaşlıq edir, Mərkəzi Asiya ölkəsinin ixracatının 80%-dən çoxu Rusiya ərazisindən keçir. Putin əlavə edib ki, hər iki ölkənin enerji şirkətləri birgə karbohidrogen yataqlarını işlədir, enerji ehtiyatlarını emal edir və boru kəməri sistemini genişləndirir. 

"Alternativ və təmiz enerji, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün də yaxşı perspektivlər var", - Putin əlavə edib. Rusiya Prezidenti, həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın digər sahələrində də bir sıra perspektivli sənaye layihələrinin və təşəbbüslərin mövcud olduğunu bildirib. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq hissəsinin genişləndirilməsi üzrə görülən tədiblərə də toxunub. 

Qeyd edək ki, sözügedən dəhliz Hindistan, İran, Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Avropa arasında 7,200 kilometr (4,500 mil) su, dəmir yolu və avtomobil marşrutlarını birləşdirən şəbəkədir. Putin daha sonra “Baykonur” kosmodromunda kosmik raket kompleksinin yaradılması istiqamətində görülən işlərə də münasibət bildirib. Qazaxstanlı həmkarı Kasım-Jomart Tokayevin ötən ay Rusiyanın Kazan şəhərində keçirilən BRİKS iqtisadi qrupunun 16-cı sammitində iştirakını xatırladan Putin Astananın tərəfdaş dövlət kimi BRİKS-ə qoşulmağa dəvət edildiyini də diqqətə çatdırıb. 

Xatırladaq ki, Prezident Vladimir Putin Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana iki günlük rəsmi səfər edəcək. 

Chosen
10
16
cebheinfo.az

10Sources