Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) bir neçə serial və kanalı cəzalandırıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurum “Arka Sokaklar” serialının azyaşlıların evləndirilməsi və təriqətdə qətlə yetirilməsi məsələsinin müzakirə edildiyi bölümünün milli-mənəvi dəyərlərə zidd olduğu müəyyən edilib və Kanal D-yə iki proqram dayandırma və pul cəzası verib.
Şura həmçinin şiddət səhnələrinə görə isə “Sahipsizler”in yayımlandığı STAR TV-yə, “Yabani” üçün NOW TV-yə və “Deha” üçün Show TV-yə 2 dəfə proqram dayandırma və pul cəzası verilib.