EN

Çində güclü zəlzələ olub

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 506 min nəfərin yaşadığı Kaşqar mahalından 171 km şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Chosen
9
6
operativmm.az

7Sources