EN

Şirkət əmək hüquqlarını pozduğuna görə cəzalandırıldı

Binəqədi Rayon Məhkəməsində "AZR-R Construction" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda şirkətə cərimə cəzası kəsilib.

 

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

 Qeyd: MMC-nin qanuni təmsilçisi Şahin Şaiq oğlu Əliyevdir. Şirkətin dövlətə 81 390 AZN borcu var.

 

Xəyal Quliyev

Tarix: 28 Noyabr 2024, 08:07   
Chosen
5
4
pravda.az

10Sources