Ən böyük kərtənkələnin qalıqları tapılıb
Beynəlxalq paleontoloqlar qrupu “troqonophid amfisbaeniyalıların”, yəni qurdabənzər kərtənkələlərin yeni cinsi və növünü aşkar ediblər.
Reyting.az xəbər verir ki, bu barədə “Sci News” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, bu canlının fosil nümunələri Tunisdə qazıntı zamanı aşkar edilib. Yeni növə “Terastiodontosaurus marcelosanchezi” adı verilib. Bu məxluq təxminən 47 milyon il bundan əvvəl Eosen dövründə müasir Afrika ərazisində yaşayıb.
V. QULİYEV