Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
OXU24.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks Bay şəhərindən 147 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Zərərçəkmişlər və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan olunmayıb.