Rusiya Mərkəzi Bankı rublun xarici valyutalar qarşısında ucuzlaşması sürətləndiyi üçün xarici valyuta alışını ilin sonuna qədər dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada, bankın valyuta bazarındakı dalğalanmalarla bağlı addımlar atmağa qərar verdiyi bildirilib.
Belə ki, bankın büdcə qaydaları çərçivəsində xarici valyuta alışlarını noyabrın 28-dən başlayaraq ilin sonuna qədər dayandıracağı bildirilən açıqlamada, “Qərar maliyyə bazarlarındakı volatilliyi azaltmaq məqsədi ilə verilib", - deyilir.
Açıqlamada qeyd olunub ki, bank daxili bazarda xarici valyuta satışı əməliyyatlarını davam etdirəcək.
TÉ™xirÉ™ salınan valyuta alışlarının 2025-ci ildÉ™ hÉ™yata keçirilÉ™cÉ™yinÉ™ dair mÉ™lumatların yer aldığı açıqlamada, büdcÉ™ qaydalarına uyÄŸun olaraq valyuta alışlarının yenidÉ™n baÅŸlaması qÉ™rarının maliyyÉ™ bazarlarında baÅŸ verÉ™n proseslÉ™rÉ™ uyÄŸun olaraq verilÉ™cÉ™yi bildirilib.Â
Dünən rubl dollar qarşısında dəyərini 8,5 faizdən çox itirib, dollar/rubl məzənnəsi 114,5-ə yüksəlib. Rusiya Mərkəzi Bankının qəbul etdiyi qərardan sonra məzənnə bir qədər düşüb.
Analitiklər bildirirlər ki, son vaxtlar Ukrayna müharibəsi ətrafında artan geosiyasi gərginlik, eləcə də ABŞ-ın noyabrın 21-də Rusiya banklarına qarşı sanksiyaları genişləndirmək qərarı rublun ucuzlaşmasına səbəb olub.