EN

AzMİU Academy: Gələcəyin mütəxəssisləri üçün innovativ təhsil platforması (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrininpeşəkar inkişafını dəstəkləmək məqsədilə 2022-ci ildə təsis etdiyi“AzMİU Academy”, müasir dövrün tələblərinə cavab verən birtəhsil platformasıdır. Akademiya texniki bilikləri vəproqram təminatı üzrə bacarıqları pulsuz öyrədərək tələbələrəgələcək karyeraları üçün rəqabət üstünlüyü qazandırmağı qarşısınaməqsəd qoyub.

İnnovativ yanaşma və yüksək keyfiyyətlitədris

“AzMİU Academy” fəaliyyətə başladığı ilk ildə AutoCAD, 3ds Max,Microsoft Office və digər proqramları tədris etməklə 100-ə yaxıntələbəyə xidmət göstərib. Onlardan 40-ı təlimləri uğurlatamamlayaraq sertifikat qazanıb. İkinci tədris ilində bugöstəricilər daha da yüksəlib: 150 tələbə qeydiyyatdan keçib, 50nəfər sertifikat əldə edib.

Hazırda, 2024-2025 tədris ilində rekord sayda — 200-dənçox tələbə müxtəlif sahələrdə tədris olunan dərslərəqatılıb. Təklif olunan kurslar arasında RevitArchitecture, Python, AutoCAD İnşaat, AutoCAD Memarlıq, Frontendproqramlaşdırma və Microsoft Office kimi mövzular var.Kurslar tələbələrin ixtisaslarına uyğun olaraq formalaşdırılır vəmüasir tədris texnologiyalarından istifadə edilir.

Tələbədən tələbəyə – bənzərsiz təcrübəmübadiləsi

“AzMİU Academy”nin mühüm xüsusiyyətlərindən biri proqramlarınuniversitetin təcrübəli tələbələri tərəfindən tədris edilməsidir.Bu yanaşma həm tədris edənlər, həm də öyrənənlər üçün qarşılıqlıtəcrübə mübadiləsinə imkan yaradır və universitet icmasındaəməkdaşlıq ruhunu gücləndirir.

Universitetin dəstəyi və təşkilatiəməkdaşlıq

“AzMİU Academy”nin uğurla fəaliyyət göstərməsi və tələbələr üçünunikal imkanlar təqdim etməsi universitet rəhbərliyinin, xüsusən dəAzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanındavamlı dəstəyinin nəticəsidir. Akademiyanın yaradılması rektoruntəşəbbüsü ilə həyata keçirilib və onun vizyonu sayəsində tələbələrüçün pulsuz təhsil platforması formalaşıb.

Akademiyanın təşkil olunmasında və fəaliyyətinin davamlıinkişafında Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) vəİnşaat fakültəsi də mühüm rol oynayıb. THİK tələbələrinakademik və sosial inkişafını dəstəkləmək üçün müxtəlif tədbirlərtəşkil edərək, “AzMİU Academy”nin geniş tələbə kütləsinə çatmasınayardımçı olub. İnşaat fakültəsi isə tədris proqramlarınınformalaşdırılmasında, uyğun mütəxəssislərin seçilməsində və dərsplanlarının hazırlanmasında yaxından iştirak edib.

Bu əməkdaşlıq nəticəsində “AzMİU Academy” tələbələr üçün yalnızbilik əldə etmə platforması deyil, həm də gələcəkmütəxəssislər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün birmərkəzə çevrilib. Universitetin dəstək strukturlarıtələbələrin akademik və peşəkar ehtiyaclarını qarşılamaq üçünakademiyanın imkanlarını daha da genişləndirmək məqsədilə daimişlər aparır.

Texnologiya dünyasına açılan qapı

“AzMİU Academy” tələbələrə yalnız texniki biliklər öyrətməkləkifayətlənmir, eyni zamanda onların gələcəkdə texnolojidəyişikliklərə uyğunlaşa bilməsi üçün baza formalaşdırır. Dahageniş təhsil imkanları yaratmaq məqsədilə AzMİU "CodeAcademy" ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıqçərçivəsində tələbələrə proqramlaşdırma və digər rəqəmsalbacarıqlar üzrə pulsuz kurslar təşkil olunur.

“AzMİU Academy” tələbələrin gələcəyin texnologiyayönümlü əməkbazarına mükəmməl şəkildə hazırlanmasını təmin edən unikal birplatformadır. Bu akademiyada hər tələbə öz potensialını kəşfedərək, peşəkar inkişafını təmin edə bilər.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Chosen
34
az.trend.az

1Sources