EN

Rusiya Ukraynanın enerji obyektlərini vurdu

Rusiya qoşunları Ukraynanın enerji obyektlərinə kütləvi hücumlar həyata keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Herman Haluşenko özünün “Facebiook” səhifəsində  məlumat verib: “Enerji obyektləri yenidən  kütləvi hücuma məruz qalıb. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir”. BBC-nin Rusiya  xidməti isə xəbər verir ki, Rusiya bombardmançılarının işi ilə əlaqədar Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib. Öz növbəsində Rusiya Müdafiə Nazirliyi bildirir ki, gecə saatlarında ölkənin müxtəlif regionlarında, o cümlədən Krasnodar, Bryansk, Rostov, eləcə də Krımda hava hücumundan müdafiə sistemləri Ukraynanın 25 pilotsuz təyyarəsini vurub.Krasnodarda  Ukrayna zenit-raketlərinin zərbələri nəticəsində bir qadın yaralanıb, onun evə ziyan dəyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
8
konkret.az

1Sources