EN

Polşa prezidentinin Zəngəzurda “binokl şousu”nun əsas məqsədi nə idi?

Polşa prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” ilə birgə Yerasxa (Arazdəyən) səfər etməsi Azərbaycanın etirazına səbəb olub...

Politoloq: “Polşa liderinin dünən tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək binoklla baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir”.

Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır”.

Bu sözləri politoloq Zaur Məmmədov Polşa Prezidentinin Zəngəzur səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri diqqət çəkir. Əsas məqam dünən Polşa prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” ilə birgə Yerasxa (Arazdəyən) səfər etməsidir.

Bəs, Azərbaycan tərəfinin bütün xəbərdarlıqlarına baxmayaraq, Polşa prezidentinin bu addımının əsas məqsəd nədir və Azərbaycanla strateji əlaqələri olan Polşanın bu davranışı əslində nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Dudanın bu addımı ancaq və ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir”.

Bu addıma qarşı adekvat tədbirlərin görüləcəyini vurğulayan politoloq xatırladıb ki, Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi-iqtisadi münasibətlərini genişləndirməkdədirlər:

Polşa liderinin dünən tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək binoklla baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi-normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir.

Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi-iqtisadi münasibətlərini genişləndirməkdədirlər.

Dudanın bu addımı ancaq və ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
9
2
poliqon.info

3Sources