EN

Ötən ay 93 nəfər zəhərlənib, 4-ü ölüb  

Ötən Ötən ay 93 nəfər zəhərlənib, 4-ü ölüb

Bu ilin oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib, 4-ü ölüb.

E-saglam.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, beş nəfər göbələkdən, dörd nəfər ilan sancmasından, dörd nəfər botulizmdən, dörd nəfər etanoldan, bir nəfər layelladan zəhərlənən şəxslərdir.

Eyni zamanda onlardan altısı allergik reaksiya, üçü fosfor üzvi birləşmələrdən, ikisi dəm qazından zəhərlənmə, iki nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, ikisi kişi, ikisi isə qadın olmaqla dörd nəfər ölüb. Bunlardan ikisi sirkə turşusu, biri isə göbələk zəhərlənməsindən olub.

Eyni zamanda bir ölüm halı da layella sindromundan (nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır, xəstəliyin aparıcı əlaməti II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsidir - red.) qeydə alınıb.

E-saglam.az 

Chosen
3
19
e-saglam.az

10Sources