EN

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam SənayeParkında ilk dəfə məhsul ixracına başlanılıb.

Trend İZİA-yaistinadən xəbər verir ki, Sənaye Parkının rezidenti “Mister Decor”MMC tərəfindən Gürcüstana divar kağızları ixrac edilib.

Məlumata görə, hazırda şirkət tərəfindən digər ölkələrə məhsulixracı ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarınınhəcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik,4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıqsubyektləri tərəfindən Sənaye Parkında ümumilikdə, 2300-ə yaxın işyerinin yaradılması nəzərdə tutulur.

Bugünədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq daimiiş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisəfəaliyyət göstərir.

Chosen
10
10
az.trend.az

2Sources