"Polşa liderinin bu gün tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək binoklla baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi - normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir".
"Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:
"Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi - iqtisadi münasibətlərini genişləndirməkdədirlər. Dudanın bu addımı ancaq və ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi".