EN

Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək- ÖZƏL

Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi

"Polşa liderinin bu gün tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək binoklla baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi - normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir".

"Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:

"Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi - iqtisadi münasibətlərini genişləndirməkdədirlər. Dudanın bu addımı ancaq və ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
2
olaylar.az

3Sources