Qərbi Azərbaycan İcması (QAİ) Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir.
Demokrat.az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
"Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalıb.
"Ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik” deyən Polşa prezidentinə xatırladırıq ki, Azərbaycan əraziləri işğal altında olarkən Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmamışıq.
Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanın özünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa öz problemlərinin həlli ilə məşğul olsaydı, daha məntiqli olardı.
10Sources
-
sesqazeti.azİcma Polşa prezidentinin səfərini pisləyib ( 13465564)
-
baki-xeber.comQAİ Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırdı... ( 13463464)
-
demokrat.azİcma Dudanın Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pislədi ( 13461475)
-
moderator.azPolşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfəri pislənildi ( 13461226)
-
oxu.azQərbi Azərbaycan İcması Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib ( 13461220)
-
olaylar.azQAİ Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib ( 13460779)
-
publika.azİcma Dudanın Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pislədi ( 13460710)
-
ikisahil.azPolşanın öz problemlərinin həlli ilə məşğul olması daha məntiqli olardı - İCMA ( 13460623)
-
teleqraf.comPolşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfəri pislənildi ( 13460617)
-
aznews.azQAİ Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib ( 13460599)