EN

Qabaqcıl Avropa ölkələri belə bunu Azərbaycandan öyrənirlər - Nazir müavini

Biz cari ilin sonunadək 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını, 2025-ci ildə isə bunun sayının 100 minə çatdırmağı planlaşdırırıq. 

SeherXeber.org xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, ünvanlı yardımla bağlı proseslər nazirlik tərəfindən tam şəffaf şəkildə həyata keçirilir: “Təkcə ünvanlı sosial yardım yox, həm əlillik təyinatı, həm məşğulluqla bağlı geniş tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, biz DOST konsepsiyası çərçivəsində  xidmətlərimizin elektronlaşmasına nail olmuşuq. Bu gün qabaqcıl Avropa ölkələri gəlib bizdən bu modelləri öyrənirlər və yüksək qiymətləndirirlər. Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını hədəfləmişik. 2025-ci ildə isə bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq. Biz bu proqramlar vasitəsilə vətəndaşların kiçik təsərrüfatlarının, mikrobizneslərinin yaradılmasını hədəfləmişik. Paylanan aktivlərin keyfiyyətinə nazirlik tərəfindən ciddi nəzarət edilir, onlara zəmanət verilir, bütün müqavilələr, təhvil-təslim aktları, şəkillər, videoçəkilişlər şəffaflığın təmin olunması üçün hələ 2000-ci ilin əvvəllərindən, 2019-cu ilin sonlarından nazirliyin saytına yerləşdirilir və geniş ictimaiyyətə təqdim olunur".

Mürtəza

SeherXeber.org

Chosen
6
4
seherxeber.org

8Sources