EN

İş və istirahət günlərinin yerləri dəyişdirildi- Yeni ildə 7 gün tətil olacaq

Image

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonuna düşən 28 və 29 dekabr tarixləri iş günü olacaq, 30, 31 dekabr, 1, 2, 3 yanvar tarixləri isə istirahət günüdür.

Yanvarın 4 və 5-i həftəsonuna düşür. Beşgünlük rejimdə işləyənlər üçün bayram tətili ayın 6-dək davam edəcək. Altıgünlük rejimdə işləyənlər üçün isə ayın 4-ü iş günüdür.

ZÜMRÜD





Chosen
11
49
baki-xeber.com

10Sources