EN

Güney Azərbaycanda tələbələr təhdidlə "Şahnamə"ni oxumağa məcbur edilirlər

Təbriz Azad Universitetinin tələbələri Şərqi Azərbaycan İranşünaslıq Fondunun "Şahnamə"nin İran tarixi və mədəniyyətində əhəmiyyəti" mövzusunda keçirilən toplantısına hədə-qorxu yolu ilə cəlb ediliblər...

"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.

Məlumata görə, tədbirin məruzəçisi universitetin fars dili üzrə professoru Bəhmən Dəməşqi Xiyabani olub.

Tələbələrin sözlərinə görə, professor onları tədbirdə iştirak etmələri üçün hədələyib. Tədbirdə iştirak edən tələbələrə qiymətlərdə güzəşt ediləcəyi, iştirak etməyənlərin isə imtahandan kəsiləcəyi bildirilib.

Məlumat üçün qeyd edək ki, "Şahnamə" görkəmli şair-filosof Əbdülqasım Firdovsinin məşhur əsəridir. "Şahnamə"də İran şahlarının həyatı şeir formasında əks etdirir. "Şahnamə" altmış min beytdən ibarətdir. Epos İranşünaslıq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan müharibələrindən də söz açılır.

Poliqon.info

 

Chosen
11
1
poliqon.info

10Sources