EN

“Nursema” 11 ildən sonra ana olur - Serialdan gedir?

“Kızılcık Şerbeti”ndə “Nursema” obrazına həyat verən aktrisa Ceren Karakoç 11 il sonra ana olur.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun əkiz uşağı olacaq.

Aktrisa illərdir gözlədiyi bu xoş xəbər üçün karyerasına fasilə vermək qərarına gəlib. Bununla da onun yaxın zamanlarda “Kızılcık Şerbeti”ndən gedəcəyi bildirilir.

Qeyd edək ki, aktrisa 2013-cü ildən bəri həmkarı Osman Karakoç ilə evlidir. Onlar birlikdə rol aldıqları “Beni affet” serialında tanış olublar.








Chosen
7
2
qafqazinfo.az

3Sources