EN

BBC hələ də COP-u "vurur" - "iflasa uğradı", "Tramp İqlim Konvensiyasından çıxacaq"...

Image

Akif Nağı: "Azərbaycan Prezidenti çıxışında bildirdi ki, neft-qaz ölkəsi olduğumuza baxmayaraq, Günəs və külək enerjisinə keçməyi qarşımıza məqsəd qoyuruq"

COP29 tarixə qovuşsa da, Qərb mediası hələ də bu barədə təhlillər tirajlayır, mənfi məqamlarla Azərbaycanı qaralamağa calışır. Bu mətbu orqanlar özünu qanmazlığa qoyaraq, BMT-nin tədbirini Azərbaycanın adına yazaraq dunya ictimaiyyətini caşdırmağa calışırlar. 

COP29 uğur qazanıbsa, bu, dünyanın uğurudur, iflasa uğrayıbsa, bu, dünyanın iflasıdır. Bakı yalnız təskilatçı idi və bu işin öhdəsindən yüksək səviyyədə gələ bildi.

BBC yazir ki, BMT-nin iyirmi doqquzuncu sammiti, demək olar ki, tam uğursuzluqla başa çatdı: ayrılan iki həftə razılaşma əldə etmək üçün kifayət etmədi və 200-ə yaxın ölkədən gələn nümayəndələr daha iki gün iki gecəni danışıqlar otaqlarında keçirdilər, oradan yorğun və qəzəbli şəkildə çıxdılar: "Nəticədə, bazar günü gecə bir kompromis tapıldı, lakin demək olar ki, hər kəs bədbin idi.

...COP29-a ev sahibliyi edən Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına dedi ki, neft və qaz “Allahın hədiyyəsidir”. ...Belə liderlik altında heç kim neft dövlətlərini zirvədən əvvəl də kommünikedə hasilat yanacaqlardan istifadəni mərhələli şəkildə ləğv etmək vədini daxil etməyə inandırmağa ümid etmirdi.

...Üstəlik, planetin əsas neft gücü - ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi ilə Paris razılaşmasının başlatdığı Yer kürəsinin yaşıllaşdırılması prosesinin əsas rəqibinə çevriləcəyini vəd edir.

...İqlim dəyişikliyinə qarşı qlobal mübarizənin liderlərindən biri, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qorun dediyi kimi, COP29 “uğursuzluqdan qaçdı, lakin müvəffəqiyyətdən uzaqdır”, əldə olunan razılaşma “mütləq minimumdur”... “Bugünkü liderlər məsuliyyətdən qaçır və öz səlahiyyətlərindən çox kənara çıxan uzunmüddətli məqsədlər qoymağa üstünlük verirlər. Onillik və ya əsrin dörddə birində deyil, yaxın aylarda və illərdə nə ediləcəyi ilə bağlı qərarlar qəbul edilməlidir”.

Bu məqaləsi ilə BBC yenə COP29-u qaraladı. Günahı da əsasən Azərbaycanda, tədbirin Bakıda keçrilməsində görür. Əslində Bakı öz missiyasını layiqincə yerinə yetirdi. Nəyə görə BBC belə absurd mövqedən çıxış edir?

Siyasi şərhçi Akif Nağı baki-xeber.com-a açıqlamasında bildirib ki, BBC-nin məsələləri geniş şəkildə təhlil etməsi kifayət qədər qərəzlidir: "Amma bu məqalədə nəşr daha çox COP29-da qəbul edilən qərarlara narazılıqlarını bildirir. Burda Azərbaycanın elə bir günahı yoxdur ki, kimlərinsə gözləntisi hasil olmayıb. Tədbirdə 197 ölkənin nümayəndəsi iştirak edib. Burda hər bir ölkənin özəl maraqları var idi, amma maraqlar bir olmalı idi - dünyanı xilas etmək. Lakin ümumilikdə dünya Bakıda iki hissəyə parçalanmışdı. İnkişaf etməkdə olan - kasıb ölkələr Zərərin Ödənilməsi Fonduna daha cox vəsait ayrılmasını, inkişaf etmiş ölkələr isə daha az vəsaitin ödənilməsini istəyirdilər. Bu inkişaf etmiş ölkələrin günahıdır ki, dünyaya görə öz məsuliyyətlərini başa düsmədilər və az vəsait ayırdılar. İnkisaf etməkdə olan kasıb ölkələr də dərk etməlidirlər ki, öz daxili problemlərini özləri həll edə bildikləri halda, daha çox pul qopartmağa çalışmamalıdırlar.

Azərbaycanın işi bu tədbirin təşkil edilməsi idi, onu da yüksək səviyyədə reallaşdırdı.

Bu məsələdə hansısa çatışmazlıq olsaydı, indi kütləvi şəkildə Azərbaycanın üstünə hücum çəkərdilər. Deyirlər ki, COP29 uğurlu olmadı, uğursuzluğa da dücar olmadı. Amerika barədə xüsusi narahatliq vurğulanır ki, D.Tramp ötən prezidentliyi dönəmində Paris iqlim konvensiyadından çıxmışdı, yəqin indi də analoji addım atacaq. Trampın bu addımını dünya ölkələri tənqid etməlidir. D.Trampın BMT konvensiyasından çıxmağının COP29-un Bakıda keçirilməsinə nə dəxli var?

Bu gün Parisdə keçirilən COP21 şişirdilir. On il əvvəl keçirilmiş tədbirdə qəbul edilən qərarlar hələ icra edilməyib. Paris konvensiyasının 6-cı maddəsi Bakıda həyata vəsiqə aldı. Bundan niyə danışmırlar?

Məqalədə göstərilir ki, COP29-da guya neft-qaz lobbiciliyi edilirdi. Tamamilə yanlış fikirdir. Neft-qaz ölkələri daha çox "yaşıl enerji"yə keçidi təblig edir, ona vəsait ayırır. Tədbir zamanı kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edildi. Bu da müsbət irəliləyişdir. Meşə zolaqlarının salınması barədə qərar qəbul edildi. Bunları nədən görmürlər? Çunki qərəzlidirlər.

Azərbaycan prezidenti çıxışında bildirdi ki, biz neft-qaz ölkəsi olduğumuza baxmayaraq, Günəs və külək enerjisinə keçməyi qarşımıza məqsəd qoyuruq. Yəni Azərbaycan öz gələcəyini "yaşıl enerj"iyə keçiddə görür.

Məqalədə qeyd edilir ki, İlham Əliyev deyib ki, neft-qaz Allahin lütfüdur. Əlbəttə belədir, bu ifadə reallığı əks etdirir.

Bu gun hərə bir məhsulla dünya bazarına çıxır. Kimlərsə də neft-qazla çıxır dünya bazarına. Dünya bazarına çıxarılan digər məhsulların da maya dəyərində neft-qaz xüsusi cəkiyə makikdir. Bir anlığa təsəvvur edək ki, neft-qaz yoxdur, görün nə baş verərdi.

Digər tərəfdən, Azərbaycan dünyada kaprbohidrogen istehsalına görə 14-15-ci yerlərdədir. Niyə bu ittihamlar liderlərə qarşı yönəlmir? Çunki qərəzlidirkər.

Azərbaycan dünyada hasil edilən neftin 0,7, qazın isə 0.9 faiz hissəsinə sahibdir. Bütün dünya karbohidrogen hasilatını dayandirsa, Azərbaycan da bu qərara tabe olacaq.

Digər tərəfdən, neft istehsalçıları hasilatın hamısını özü istehlak etmir, bütün dunya ölkələri bundan yararlanır. Bazarda neft-qaza tələbat olmasa, hasilat da olmaz. Ona görə də COP-un neft ölkələrində keçirilməsinə etirazlar da əsassızdır.

İndi COP30-a hazırlaşırlar, gələn il dünya karbohidrogendən imtina edə biləcəkmi? Əlbəttə yox, "yaşil enerji"yə keçid tədricən olmalıdır. Bunu COP qərarı ilə həll etmək mümkun deyil. Bunu BBC ekspertləri də cox gözəl başa düşürlər. Sadəcə olaraq, bundan Azərbaycanı qərəzli şəkildə "vurmaq" ücun istifadə edirlər.

COP29-da Azərbaycan tərəfinin israrı ilə Zərərin Ödənilməsi Fonduna ayrılan vəsait 100 milyarddan 300 milyarda qaldırıldı. COP29 iki gün uzandı və bunun da xərcini Azərbaycan çəkdi. Amma hər kəs dinlənildi və optimal qərar qəbul edildi.

Dubay COP-unda qərar qəbul edilmişdi ki, neft-qazdan tədricən imtina edilsin. Bakı COP-unda isə maksimalistlər istəyirdi ki, neft-qazdan imtina qərarı qəbul edilsin. Lakin dunya buna hazır deyil və belə bir qərar qəbul edilsəydi, bu işlək mexanizmə malik olmazdı. Yəni Dubayda qəbul edilən qərar yenə də əsaslı sayıldı.

Bu, planetinizin taleyüklü məsələsidir, hər kəs öz məsuliyyətini dərk edərsə, bu, işin xeyirinə olar. Bu gün inkisaf etmis ölkələr gəlir əldə etməyi dünyanın taleyindən üstün tuturlarsa, bu faciədir.

COP29-da qarşıya qoyulan məsələ hər bir dövlətin dünyanın taleyi barədə məsuliyyəti dərk etnəsi idi. Bu cox ağrılı bir prosesdir. Hər kəs öz marağından çıxıs edir, əksər hallarda isə söz verilir, amna hərəkətə keçilmir. Burada məsuliyyət daha çox böyük dövlətlərin üzərindədir.

Eyni zamanda, inkisaf etməkdə olan ölkələr kasıblığı bəhanə gətirib ətraf mühiti çirkləndirməməlidirlər.  Onlar da bu istiqamətdə məsuliyyətini dərk etməlidir. Bir çox hallarda inkisaf etmis ölkələr ucuz işçi qüvvəsinə görə kasıb ölkələrdə istehsal müəssisələri açıb, heç bir ekoloji tələblərə əməl etmədən fəaliyyətlə məşğul olurlar. Düsünmürlər ki, harda olur-olsun çirklənmə bütün dünyaya yayılır.

Tədbirdə Sayman Stil deyir ki, hec bir ölkə istədiyini ala bilmədi. Bu tədbirə hər kəs istədiyini almağa gəlməmisdi. Hər kəs gəlmişdi ki, planetin xilas olması üçun öz töhfəsini versin. Təəssüf edirəm ki, BMT-nin belə bir nüfuzlu şəxsı bu cur yarımçıq düşüncə tərzi ifadə edir.

Sonda qeyd edim ki, COP29-un uğuru və ya uğursuzluğu Azərbaycanın adina yazıla bilməz, biz təşkilatçılıq öhdəliyini üzərimizə göturmüşdük və bunu uğurla icra etdik. Azərbaycanın rolu bu məsələdə təqdir edilməlidir".

Dəniz NƏSİRLİ





Chosen
20
baki-xeber.com

1Sources