Noyabrın 29-da Hacıqabul Rayon Ä°cra HakimiyyÉ™tinin başçısı Sevindik HÉ™tÉ™mov UÅŸaq Musiqi mÉ™ktÉ™bindÉ™ vÉ™ MÉ™rkÉ™zi Rayon Kitabxanasında olub.Â
Demokrat.az xəbər verir ki, rayon rəhbəri qeyd olunan mədəniyyət müəssisələrinə  baxış keçirərək, burada çalışan kollektivlə görüşüb, mövcud vəziyyətlə tanış olub.
Hacıqabul şəhər 7 illik Uşaq Musiqi məktəbi 1990-cı ildən fəaliyyətə başlayıb. Hazırda Musiqi məktəbində 211 nəfər şagirdə 8 ixtisas üzrə  44 müəllim ibtidai musiqi təhsili verir. Şagirdlər Respublika baxış müsabiqələrində daima iştirak edib və bir neçə müsabiqənin qalibi olublar.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi (MKS) 27 avqust 1990-cı ildə yaradılıb. Hazırda Hacıqabul rayon MKS üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sisteminə daxil olan 27 dövlət kütləvi kitabxanasının 24-ü  fəaliyyət göstərir. Hacıqabul Rayon Mərkəzi Kitabxanasında informasiya-resurs şöbəsi fəaliyyət göstərir.
Hər iki mədəniyyət müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi üçün şəhər ərazisində yeni, müasir tipli  inzibati binaların atikintisi nəzərdə tutulub.