Demokrat.az xəbər verir ki, rayon rəhbəri qeyd olunan mədəniyyət müəssisələrinə baxış keçirərək, burada çalışan kollektivlə görüşüb, mövcud vəziyyətlə tanış olub.
Hacıqabul şəhər 7 illik Uşaq Musiqi məktəbi 1990-cı ildən fəaliyyətə başlayıb. Hazırda Musiqi məktəbində 211 nəfər şagirdə 8 ixtisas üzrə 44 müəllim ibtidai musiqi təhsili verir. Şagirdlər Respublika baxış müsabiqələrində daima iştirak edib və bir neçə müsabiqənin qalibi olublar.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi (MKS) 27 avqust 1990-cı ildə yaradılıb. Hazırda Hacıqabul rayon MKS üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sisteminə daxil olan 27 dövlət kütləvi kitabxanasının 24-ü fəaliyyət göstərir. Hacıqabul Rayon Mərkəzi Kitabxanasında informasiya-resurs şöbəsi fəaliyyət göstərir.
Hər iki mədəniyyət müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi üçün şəhər ərazisində yeni, müasir tipli inzibati binaların atikintisi nəzərdə tutulub.