EN

“Azərbaycanlılar yenidən bu əraziləri zor gücü ilə zəbt etdi” - “L'Equipe” təxribatla məşğuldu

Bu gün “Qarabağ” “Tofiq Bəhramov”da “Lion”u qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, Fransanın məşhur “L'Equipe” nəşri Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək matçla bağlı yazı hazırlayıb. Düzdü, yazıda “köhlən atlar”ın futbolçuları Yassin Benzya ilə Abdulla Zubirin oyun haqda fikirlərinə də yer verilib. Lakin hər şey bununla bitmir. Belə ki, ölkəmizlə bağlı xoşagəlməz, həqiqətəuyğun olmayan məlumatlar dərc edilib:

“Bakıda COP 29 üçün qurulan böyük zallar sökülür. Bu mənzərəyə baxanda Azərbaycan və Fransa dövlətlərinin buz kəsən münasibətlərini xatırlayırsan. Fransa COP 29-a nümayəndə göndərmədi. Çünki fransızlar Azərbaycanda erməni davasının potensial tərəfdarları kimi görünür. Amma bu hamıya aid deyil. “Qarabağ”ın futbolçuları Abdulla Zubir və Yassin Benzya Azərbaycanda sevilir. Bu ölkədəki Fransa məktəblərinin bağlanması onların günlük həyatında dəyişikliyə səbəb olmayıb. Hətta onlar “Qarabağ”ı xüsusi klub kimi görür. Bu klubda yerli məşqçi Qurban Qurbanovun sözü keçir. O, vaxtilə “Nant”la matçdan əvvəl keçirilən mətbuat konfransında futbolçularının azərbaycanlı döyüşçülərlə həmrəy olduğunu deyib...

Qarabağ, Ağdam... Xəyali şəhər... Azərbaycanlılar yenidən bu əraziləri zor gücü ilə zəbt etdi. Bəli, bu əraziləri mənimsədilər. Amma futbol Ağdama qayıtmayacaq. “Qarabağ” Bakıda qalmaq istəyir”.


KƏNAN BAHADIR
Chosen
13
football-plus.az

1Sources