EN

Eldəniz Əzizli və Ülvi Qənizadə lider mövqeyində

Dünya Güləş Birliyi (UWW) 2024-cü ilin yekun reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, qurumun rəsmi saytının açıqladığı siyahıda Azərbaycanın iki güləşçisi lider mövqeyində qərarlaşıb.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) və Ülvi Qənizadə (72 kq) öz çəki dərəcələrində 1-ci pilləni tuturlar. Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə ikinci pillədə yer alıblar.

Sərbəst güləşçilərdən ən yaxşı nəticəyə Nürəddin Novruzov (61 kq) imza atıb. O, ikincidir.

Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kq) məxsusdur.

Qeyd edək ki, siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.

İdman.biz

Chosen
13
2
idman.biz

3Sources