EN

Azərbaycanın xaricdən aldığı düyü 15% bahalaşıb -YENİ QİYMƏT

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 58 milyon 141 min ABŞ dolları dəyərində 55 min 962 ton düyü idxal edib.

FED.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə,  idxal ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 8 min 287 ton (17,4 %), dəyər baxımından isə 15 milyon 39 min ABŞ dolları (34,9 %) çoxdur.

Ötən ilin 10 ayı ərzində xaricdən 43 milyon 102 min ABŞ dolları dəyərində 47 min 675 ton düyü idxal edib.

Bu dövrdə idxal edilən düyünün hər kiloqramının orta idxal qiyməti 1 manat 77 qəpik olub ki, bu da illik müqayisədə 23 qəpik (14,9%) ucuzlaşma deməkdir.

Ötən ilin eyni dövründə hər kiloqram düyünün orta idxal qiyməti 1 manat 54 qəpik təşkil etmişdi.

10 ay ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,35 %-ni təşkil edib.

Chosen
32
26
fed.az

10Sources