Sumqayıt şəhərində 40 yaşlı kişi kafedə ölüb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən kafelərdən birində baş verib.
Bildirilib ki, kafedə halı qəfil pisləşən 1984-cü il təvəllüdlü Anar İlham oğlu Mustafayev orada keçinib. Onun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.