EN

Politoloq: İsraillə Livan arasında imzalanan atəşkəs müqaviləsinə riayət olunmayacaq...

ABŞ və Fransa prezidentlərinin vasitəçiliyi ilə İsraillə “Hizbullah” arasında atəşkəs elan olunub...

Zeynal Əmrəliyev: “Bu İsrail və Livan hökuməti arasında bağlanmış atəşkəs müqaviləsidir. Ancaq Hizbullahın bu atəşkəs müqaviləsinə riayət etməsi bilinmir”.

“Bu müqavilə imzalanmasının ertəsi günü Hizbullah hava qüvvələrinin İsrailə zərbə endirməsi faktı da sübut etdi ki, imzalanan müqaviləyə riayət edilməyəcək”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev İsrail-Huzbullah müharibəsində başlanan atəşkəs razılaşmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə İsraillə “Hizbullah” arasında atəşkəs elan olunub.

Bu atəşkəsi Yaxın Şərqdə münaqişənin lokallaşması və boyük müharibədən qaçmaq üçün yaranan fürsət kimi dəyərləndirmək olarmı? Eyni zamanda Yaxın Şərqin geosiyasi xəritəsini dəyişdirməyi hədəfləyən İsrail bundan sonrakı mərhələdə İrana və İranın proksi qüvvələrinə dözümlü davranacaqmı və son mərhələdə İsrail və ABŞ İranın Yaxın Şərqdəki əsas güc mərkəzlərindən biri olaraq mövcudluğunu qəbul edəcəklər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

 

Zeynal Əmrəliyev: “Bu müqavilə İsrail və Hizbullah arasında imzalana bilməz”.

İsrailin Hizbullahı terror təşkilatı kimi tanıdığını xatırladan politoloq əlavə edib ki, bağlanan atəşkəs müqaviləsi sadəcə görüntü xarakteri daşıyır:

ABŞ prezidenti Co Bayden və Fransanın prezidenti Makronun vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs imzalandı. Bu İsrail və Livan hökuməti arasında bağlanmış atəşkəs müqaviləsidir. Ancaq Hizbullah-ın bu atəşkəs müqaviləsinə riayət etməsi bilinmir. Çünki Livan hökuməti çox zəif hökumətdir və öz gücünü ortaya qoyub hansısa işi müstəqil apara bilmir. Bu da təbii olaraq bağlanmış müqaviləyə nəticə olaraq təsir edir.

Bildiyimiz kimi, yanvarda artıq Donald Tramp prezidentliyə başlayacaq. Bilirik ki, Tramp ABŞ-ın indiki prezidenti Baydeni müharibə yaratmaq ittiham edir. Trampın tərəfdarları da bildirirlər ki, Bayden müharibələri sonlandırmadı və demokrat adminstrasiyanın dövründə ancaq müharibələr meydana gəldi. Böyük ehtimalla Bayden bu ittihamları üstündən atmaq üçün belə bir cəhddə bulundu. Səbəb nədisə, nəticə olaraq Bayden İsrail və Livan arasında atəşkəs imzalanmasına nail oldu.

Eyni zamanda Fransa prezidenti Emmanuel Makronun da xarici siyasətdə uğursuzluqları hamıya məlumdur. Makronun özünü daxildə təmizə çıxarmaq üçün bu cür sülhvərvər rolda olmasına ehtiyacı var. Məlum olduğu kimi, Livan Fransanın müstəmləkəçisi olub. Hal-hazırkı Beyrutda oturan hökumət məhz Fransa ilə koordinasiyalı şəkildə hərəkət edirlər.

Zeynal Əmrəliyev: “Hizbullah-ın Livan hökumətinin imzaladığı sənədlə razılaşma ehtimal yoxdur”.

Düşünürəm ki, İsrail və Livan arasında bağlanmış atəşkəs sənədi özündə heç nəyi ehtiva etmir. İnanmıram ki, Hizbullah bu sənədə qol qoyacaq və Livan hökumətinin bu sənədini qəbul edəcək. O da məlumdur ki, Hizbullah həm iqtisadi, həm də siyasi cəhətdən Livandan qat-qat güclüdür. Belə olan halda, onların Livan hökumətinin imzaladığı sənədlə razılaşmasının ehtimal yoxdur.

Bu müqavilə İsrail və Hizbullah arasında imzalana bilməz. Heç İsrail bu müqaviləni Hizbullahla bağlamaz. Çünki İsrail Hizbullah-ı terror təşkilatı kimi tanıyır. İsraillə Livan arasında imzalanan atəşkəs müqaviləsinə riayət olunmayacaq. Bu sadəcə görüntü xarakteri daşıyır. Bu müqavilə imzalanmasının ertəsi günü Hizbullah hava qüvvələrinin İsrailə zərbə endirməsi faktı da sübut etdi ki, imzalanan müqaviləyə riayət edilməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
13
poliqon.info

1Sources