EN

“Valideynlər uşaqları xüsusi nəzarətdə saxlamalıdır” - PSİXOLOQ FİKRİ

“Son dövrlər ən çox verilən suallar içərisində şiddət motivli olan filmlərin və ya digər janrlarda çəkilən istər cizgi filmlərin, istərsə də filmlərin uşaq psixologiyasına təsiri haqqındadır. Bəli, bu kimi işlərdə mesajların birbaşa verilməyib dolayı yolla şüuraltına məlumatlar göndərildiyinin şahidi ola bilirik. Bu qeyd etdiyim kimi, baxdığımız kino, serial, reklamlarda və ya cigi filmlərində ola bilər. Buna başqa adla filmlər vasitəsilə subliminal mesajların verilməsi və ya 25-ci kadr da deyilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, şüuraltımızı gün ərzində gördüklərimizin, eşitdiklərimizin yığıldığı depo kimi də təsəvvür edə bilərik. Bu mesajlar vasitəsilə insanlara yaxşı və ya pis məlumatlar şüuraltı vasitəsilə ötürülə bilir.

Burada sual ortaya çıxa bilər ki, bu mesajlar, şüuraltımıza ötürülən məlumatlar bizim həyatımıza necə təsir edir? Eyni zamanda cizgi filmləri vasitəsilə uşaqlara ötürülən mesajlar onların psixoloji vəziyyətinə necə təsir edə bilər?

Bildirmək lazımdır ki, döyüş səhnələri, qan tökülməsi, aqressiv kadrlar və s. bu mövzuda olan istənilən cizgi filmi və ya kino kadrları uşaq psixologiyasına təsisrsiz ötüşmür. Bu mövzulu filmlər davamlı baxan uaqların davranışında dəyişikliklər baş verir, onların travma almasına səbəb olur. Qızlarda və oğlanlarda fərqli şəkildə təzahür edə bilər, ancaq başlıca olaraq cinsindən aslı olmayaraq uşaqlarda aqressiya, şiddət göstərmək halları arta bilir. Xüsusilə, 3-8 yaş arası uşaqlarda bu məqama diqqət etmək lazımdır.

Davamlı belə kadrlı film və cizgi filmlərinə baxan uşaqlarda bir müddət sonra fobiyalar, qorxular da özünü göstərir. Məsələn: gecə yatanda birdən ayılıb qorxudan ağlamaları, qışqırmaları və ya tək qalanda qorxmaları bu hallar sırasındadır. Bir sözlə düzgün seçilməyən və uyğun olmayan məzmumlu cizgi filmləri uşqalrın əxlaqına və davranışına mənfi təsir edir. Ona görə də, valideynlər uşaqları xüsusi nəzarətdə saxlamalı və kabus, qorxu mövzusunda olan cizgi filmlərinə, bu kimi müxtəlif kadrlar baxmasına icazə verməməlidir. Daha çox onların yaşına uyğun, öyrədici, nağılvari və qısa müddət ərzində yekunlaşan cigi filmlərinə övladları ilə birlikdə baxmaları məqsədə uyğundur".

Müəllif: Səbinə Hüseynli
Chosen
15
sia.az

1Sources