Moskva vilayətinin Domodedovo şəhərində rusiyalı futbolçu Vitali Melnikov da daxil olmaqla 6 gənc bir nəfəri qaçıraraq işgəncə ilə öldürüblər.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Oğurlanan 30 yaşlı kişinin oktyabrın 31-dən itkin düşdüyü bildirilib. Onun meyiti noyabrın 14-də meşədə tapılıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqda bildirilib ki, cinayətkarlar Çexov şəhər dairəsinin meşə ərazisində kişini vəhşicəsinə döyüblər. Kişi huşunu itirdikdən sonra cinayətkarlar qaçıblar, zərərçəkən isə ölüb.
PolislÉ™r futbolçu vÉ™ digÉ™r ÅŸÉ™xslÉ™r barÉ™sindÉ™ “QÉ™sdÉ™n saÄŸlamlığa ağır zÉ™rÉ™r vurma, ehtiyatsızlıqdan zÉ™rÉ™rçəkmiÅŸ ÅŸÉ™xsin ölümünÉ™ sÉ™bÉ™b olma” vÉ™ “OÄŸurluq” maddÉ™lÉ™ri ilÉ™ cinayÉ™t iÅŸi açıblar.
Qeyd edək ki, Vitali Melnikov "Kvant" klubunun futbolçusudur.