Məşhur müğənni Ebru Gündeş həyat yoldaşı Murat Özdemirdən boşanır.
Â
Sənətçi Muratla birlikdə yaşadığı evi də ayırıb. Bu bardə "Söylemezsem Olmaz" verilişində bildirilib.
Â
Cütlüyün ayrılmasına səbəb özünü milyonçu kimi tanıdan Muratın pulunun tükənməsi olub.
Â
Məlumatlara görə, Ebru Gündeşin xərcləri çoxdur və o bunu artıq qarşılaya bilmir.
Â
Müğənni Dubaydakı evində qalıb, Murat isə neçə gündür oteldə qalır. Onlar artıq vəkillərinə müraciət də ediblər.
Â
Bir neçə gün cütlük məhkəməyə çıxaraq boşanacaq.
Â
Xatırladaq ki, Ebru Gündeşlə Murat Özdemir bu ilin fevralın 27-də ailə qurub. Ebru həyat yoldaşından 12 yaş böyükdür.
Â